Xəbərlər

ARPA “Peşəkar Mühasib Sertifikatı”na hazırlıq təlimlərinin I mərhələsinə (KOS üçün MHBS üzrə) İNTENSİV hazırlıq təliminə qeydiyyat başladı. Təlimçi: Elsevər İbadov Tarix: OKTYABR Təlim forması: OFFLİNE Təlim DİM tərəfindən elan olunan Peşəkar Mühasib Sertifikatının imtahan proqramına əsasən keçiriləcəkdir. Qeyd edək ki, tədris olunacaq təlimin əsas məqsədi mühasibləri DİM tərəfindən keçiriləcək “Peşəkar Mühasib Sertifikatı” imtahanına hazırlamaqdır. Qeydiyyat...

“Sığorta işi üzrə yerli qanunvericilik” (PSS 1.3) imtahanında Əflan Əliyev (73%) Fəzilə Əliyeva (75%) və Hüseyn İsmayılov (81%) qeyd edilən səviyyə üzrə imtahanı müvəffəqiyyətlə keçmişdirlər. Qeyd etmək istərdik ki, PSS imtahanının maksimum göstəricisi 100 % , keçid balı isə 70%-dir. PSS sertifikasiya proqramı yerli sığorta şirkətlərinin tənzimləyici orqanları tərəfindən dəstəkləndiyi üçün sığorta şirkətlərinin əməkdaşlarının qiymətləndirilməsində...

DİM Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanlarına test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması üçün müqavilə əsasında mütəxəssislərin cəlb olunması məqsədilə müsabiqə elan edir. Əraflı məlumat üçün qeyd olunan linkə keçid edə bilərsiz – https://dim.gov.az/news/9246/ Qeyd etmək istərdik ARPA, GMİB ,APFM və DİM arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

  Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən Peşəkar Sığortaçı Sertifikasiyasının Sığorta işi prinsipləri (PSS 1.1) üzrə növbəti imtahanı 11 sentyabr  2022-ci il tarixində, saat 11:00-da keçiriləcəkdir. İmtahanda iştirak etmək istəyən şəxslər ARPA-nın rəsmi saytında qeydiyyatdan keçərək imtahan müraciəti edə bilərlər. Qeyd edək ki, PSS sertifikasiya proqramı yerli sığorta şirkətlərinin tənzimləyici orqanları tərəfindən dəstəkləndiyi üçün...

Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlərin nəzərinə! DİM tərəfindən peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahan keçiriləcək İmtahan kağız daşıyıcılar vasitəsilə 2 mərhələ üzrə təşkil olunacaq: 1-ci mərhələ (mühasibat uçotu üzrə) 25 sentyabr, 2-ci mərhələ (qanunvericilik üzrə) 9 oktyabr 2022-ci il tarixində keçiriləcək. İmtahanın hər 2 mərhələsi üzrə qeydiyyat DİM-in rəsmi internet səhifəsi...