10 Sentyabr tarixində ARPA tərəfindən “Peşəkar Mühasib Sertifikatı”na hazırlıq təlimlərinin I mərhələsi (#MHBS üzrə) üzrə təlimlərə start verdi.
Təlim Firudin Sultanov (@fsultansoy) tərəfindən Dövlət İmtahan Mərkəzinin (#DİM) elan etdiyi Peşəkar Mühasib Sertifikatının imtahan proqramına əsasən keçirilir.
Qeyd edək ki, #ARPA 2009-cu ildən fəaliyyət göstərir. Birliyin məqsədi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq, sığorta və risklərin idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir.