Himayəçilər Şurası bütün üzvlərin maraqlarını təmsil edərək ARPA-nın fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Eyni zamanda Himayəçilər Şurası Müşahidə Komitəsinin fəaliyyətinə nəzarət edir.
Himayəçilər Şurasının əsas vəzifəsi ARPA-ya öz fəaliyyətində təlimatlar və məsləhətlər vermək, habelə aşağıdakı istiqamətlərdə köməklik göstərməkdən ibarətdir:
- ARPA-nı yeni sahələrdə fəaliyyətlər və layihələr haqqında təlimatlandırmaq;
- Peşəkar dairələrdə ARPA-nın maraqlarını təbliğ etmək;
- Müşahidə Komitəsinə dəstək göstərmək;
- Peşəkar inkişaf vasitəsi ilə təşkilatın səmərəliliyini təmin etmək;
- ARPA-ın əsas dəyərlərə və məqsədlərə sadiq qalmasını təmin etmək;
- ARPA-nın yerli bazarda təbliğ olunmasına təkan vermək;
- Effektiv dəyişiklik naminə yaranmış vəziyyəti dəstəkləmək;
- Üzvlərin ARPA-nın fəaliyyətində iştirakını təmin etmək;
- ARPA-nın ən üstün maraqlarını nəzərə almaq.