Rüfət Mahmud 2009-cu ildən etibarən ARPA İctimai Birliyinin Direktorlar Şurasının sədridir. O, dövlət müəssisələrində 10 illik idarəetmə təcrübəsinə və beynəlxalq maliyyə təşkilatlarında (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və BMT-nin İnkişaf Proqramı) ümumilikdə 3 ildən artıq iş təcrübəsinə malikdir.
Cənab Mahmud Xəzər Universitenin İqtisadiyyat fakültəsi üzrə bakalavr və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsi üzrə magistr dərəcələrinə malikdir. O, həmçinin Amerika Birləşmiş Ştatlarında Sirakuz Universitetinin Maksuel Məktəbinin Dövlət İdarəetməsi ixtisası üzrə humanitar elmlər üzrə magistr dərəcəsini əldə etmişdir.
17 Avqust 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Memarlıq və İnşaat Universitetindən məzun olduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetində MBA dərəcəsi almışdır.
Əmək fəaliyyətinə “AZMİS” İnşaat MMC-də İctimaiyyətlə Əlaqələr üzrə menecer köməkçisi kimi başlamışdır. 2006-2012-ci illərdə Parabank ASC-də “Biznesin İnkişafı və Marketinq” departamentində İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssis vəzifəsində çalışmışdır.
Praktik olaraq fəaliyyəti zamanı bir çox tədbirlərin spikeri, müxtəlif Dövlət və özəl layihələrin iştirakçısı və rəhbəri olmuşdur.
Günay Şahbazova Good Job , BrandSuite şirkətlərində biznesin inkişafı,marketing, komunikasiya və liderlik proqramların və müxtəlif təlim və seminarların iştirakçısı olmuşdur. O, həmçinin Finlandiyada Turku Universitetin Dövlət İdarəetməsi ixtisası üzrə humanitar elmlər üzrə magistr dərəcəsini əldə etmişdir.
Daha sonra fəaliyyətini ARPA İctimai Birliyində davam etdirərək “İctimaiyyətlə əlaqələr üzrə menecer” vəzifəsində çalışmışdır. Hazırda ARPA Peşəkar Mühasib Təşkilatının İdarə Heyətinin sədri vəzifəsini icra edir.
Our software development agency has a growth up to 30% per each year. If you are result-oriented, not afraid to take initiative — drop us a note and join our team!