İllik Hesabat

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İctimai Birliyi (ARPA) ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə risklərin idarə olunması istiqamətində mədəniyyətin zənginləşməsinə təkan vermək, müvafiq sahələrdə tədqiqatların aparılması, nəşrlərin dərc olunması və vahid peşəkarlar şəbəkəsinin qurulması vasitəsilə Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə Azərbaycan Risk Peşəkarları Assosiasiyası kimi təsis edilmişdir. ARPA təsis edilərkən ölkədə ona alternativ ola biləcək digər belə bir peşəkar təşkilat mövcud deyildi. Azərbaycanda risklərin idarə edilməsinə olan tələbat və təşkilatın üzvlərinin səyi nəticəsində ARPA qısa müddət ərzində ölkədə aktiv ictimai birliyə çevrildi.

Please wait while flipbook is loading. For more related info, FAQs and issues please refer to DearFlip WordPress Flipbook Plugin Help documentation.