XəbərlərARPA “Banklarda Risklərin İdarəedilməsi” təliminə qeydiyyat elan edir!

 

 

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ödənişli formada  keçiriləcək “Banklarda Risklərin İdarəedilməsi”  təliminə qeydiyyat elan edir.

Təlim iqtisadçı-ekspert Elman Sadıqov tərəfindən əyani formada keçiriləcəkdir. 20  saat müddətinə keçirilməsi planlaşdırılan təlimdə iştirakçılar öyrənəcəklər:

Risk mədəniyyəti, fəlsəfi və riskyönümlü düşüncə;

Risklərin idarə edilməsində buraxılan səhvlər;

Risklərin növləri, kateqoriyaları və banklara xas olan əsas risklərin yumşaldılması;

Risk xəritəsi fəlsəfəsi, vəzifələri. Risk xəritəsinə görə şirkətin profilinin müəyyənləşdirilməsi;

Stres testlər, növləri, keçirilməsi qaydaları;

Ölçülə bilinməyən risklərin ölçülə bilən risklərə çevrilmə metodları;

Ölçülə bilən risklərin statistik modellərlə ölçülməsi;

QEYD: makro-stress testlərin qurulması yolları izah olunacaq.

Təlimdə iştirak etmək istəyən namizədlər qeyd olunan linkə  https://forms.gle/eyfsnBVAkEBnfzBDA – keçid edərək qeydiyyatdan keçə bilərlər.

Ödəniş və təlimin başlama tarixi haqqında daha ətraflı məlumat üçün qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz.
Əlaqədar şəxs: Könül Məmmədova

(+994 12) 505 53 02; (+994 55) 202 93 43

Email: konul.mammadova@arpa.org.az