XəbərlərARPA “Beynəlxalq Banklararası Valyuta Mübadiləsi “mövzusunda seminar keçirtdi.

“Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiyasiyası” (ARPA ) tərəfindən daha bir aktual mövzuda seminar keçirildi.

Seminarda İnforex şirkətinin vitse-prezidenti Qafar İmanverdiyev seminar iştirakçılarına  internet üzərindən birjaya çıxıb və internet üzərindən valyutaların alınıb satılması, eləcə də kiçik və iri həcmli yatırımla qısa zaman ərzində gəlirlərin əldə olunması barədə danışıb.Qafar İmanverdiyev iştirakçıların suallarını  cavablandıraraq,  şəxsi təcrübəsini ilə də bölüşmüşdür.

Qeyd etmək istərdik ki, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İctimai Birliyi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin  idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə təsis edilmişdir. ARPA İB-nin 1000-dən çox  fərdi, 12  korporativ üzvü vardır.

Şərh yaz

Your email address will not be published.