XəbərlərARPA Beynəlxalq Sığorta Forumunda iştirak edib

Azərbaycan Mühasiblər və Risk Peşakarları Assosiasiyası (ARPA) Azərbaycan Sığortaçılar Assosiasiyası təşkilatçılığı ilə keçirilən Beynəlxlaq Sığorta Forumunda iştirak edib.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Rumıniyanın “Xprimm Media” şirkətinin təşkilatçılığı ilə “Azərbaycanda sığorta – yeni perspektivlər” adlı konfransda ARPA Ictimai Birliyin icraçı direktoru Əli Bayramov təmsil edib.

Qeyd edək ki, bu yaxınlarda ARPA ilə ASA arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən hər iki qurum qarşılıqlı əməkdaşlıq çərçivəsində müvafiq sahələrin inkişana dəstək göstərmək istiqamətində birgə fəaliyyət göstərməkdir.

Xatırladaq ki, ARPA 2009-cu ildən fəaliyyət göstərir. Qurumun məqsədi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin  idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir.

Şərh yaz

Your email address will not be published.