XəbərlərARPA -da mətbuat konfransı keçirildi

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ölkədə yeni mühasibət uçotu standartlarının tətbiqində aktiv şəkildə iştirak etmək və bu prosesə dəstək vermək niyyətindədir. ARPA-nın icraçı direktoru Əli Bayramov keçirilən mətbuat konfransında «Mühasibat uçotu haqqında» qanuna dəyişiklikləri şərh edərkən bildirib. Onun sözlərinə görə, qanuna edilən dəyişikliklər bütünlüklə beynəlxalq standartlara keçidi nəzərdə tutulmuşdur bu isə ölkədəki müsbət dəyişikliklərin məntiqi davamıdır.Əli Bayramov bildirib ki, ARPA hazırda ölkədə bu sahədə peşəkar fəaliyyət göstərən təşkilatlardan biridir. 2009-cu ildən fəaliyyət göstərən assosiasiya ilk olaraq risk peşəkarlarını birləşdirib. 2013-cü ildən isə mühasibat sahəsini əhatə etməyə başlamışdır.Ə.Bayramovun sözlərinə görə, ARPA ictimai birlik olaraq qanunun tətbiqində fəal iştirak etməyə hazırlaşır. «Qanuna son dəyişikliklərdə ilk dəfə olaraq peşəkar mühasib anlayışı öz əksini tapıb. Peşəkar mühasib sayılmaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) vasitəsilə müvafiq imtahanlarda iştirak edərək sertifikat almaq, eləcə də maliyyə – mühasibat üzrə ixtisaslaşan peşəkar təşkilata üzv olmaq tələb olunur». Qeyd olunan məsələlər üzrə ARPA DİM-lə əməkdaşlıq etmək niyyətindədir.ARPA mühasiblərin peşəkarlığının inkişaf etdirilməsi istiqamətində Maliyyə və Vergilər nazirlikləri ilə memorandumlar da imzalayıb. Bu sənədlər əsasında müxtəlif tədbirlər, o cümlədən, təlimlərin keçirilməsi planlaşdırılır. «ARPA beynəlxalq səviyyəli imtahanların keçirilməsi üçün lazımi təcrübə və lisenziyalara malikdir. Ona görə də biz bu yeniliyə tövhə verməyə hazırıq».

Şərh yaz

Your email address will not be published.