XəbərlərARPA-da Üzvlük İmkanları

Ölkədə maliyyə və idarəetmə sahəsində inkişafa nail olmaq məqsədilə 2009-cu ildə Azərbaycan Risk Peşəkarları Assosiasiyası kimi təsis edilmiş və 10 ildən artıq bu sahədə peşəkar mədəniyyətin zənginləşməsinə böyük töhvələr vermiş Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) bu istiqamətdə fəaliyyət göstərən müxtəlif şirkətlərə, hüquqi və fiziki şəxslərə müvafiq olaraq korporativ və fərdi üzvlük imkanları təklif edir.
Assosiasiyanın üzvləri ARPA-nın təqdim etdiyi sertifikasiya imtahanlarında endirim imkanı, təşkil olunan forum və konfranslarda, eləcə də müxtəlif tədbirlədə iştirak hüququ əldə edir. Bununla yanaşı, ARPA tərəfindən dərc olunan nəşrlərdə və rəsmi internet səhifəsində (vakansiyalar bölməsində) pulsuz korporativ elan və iş elanları yerləşdirmək imkanına malik olur.
Üzvlük imkanlarından yararlanmaq istəyən şəxslər üçün minimal tələblər aşağıdakılardır:
Müvafiq sahə üzrə ali peşə-ixtisas dərəcəsi;
Müvafiq sahə üzrə iş təcrübəsi;
Təklif edilən bəzi paketlərdə üzvlüyün peşəkarlıq istiqamətləri üzrə ARPA-nın müvafiq sertifikasiya proqramları üzrə imtahanların tamamlanması tələb olunur.
Fərdi və Korporativ üzvlük paketlərinin təqdim etdiyi üstünlük və imkanları haqqında daha ətraflı məlumatı www.arpa.org.az saytına keçid alaraq əldə edə bilərsiniz.
Əlavə olaraq qeyd edək ki, ARPA peşəkar fəaliyyətinin nəticəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 21 oktyabr 2019-cu il q-02 saylı qərarına əsasən, “Peşəkar Mühasib Təşkilatı” kimi akkreditasiyadan keçmişdir.

Şərh yaz

Your email address will not be published.