XəbərlərARPA İdarə Heytinin sədri Auditorlar Palatasının”Fəxri üzv” statusuna layiq görülmüşdür.

ARPA İdarə Heyətinin sədri Günay xanım Şahbazova Azərbaycan Respublikası Auditorlar Palatasının məqsəd və vəzifələrinin reallaşdırılmasına verdiyi töhfə və dəstəyə görə Auditorlar Palatasının 5 may 2021-ci il tarixli Qərarı ilə “Fəxri üzv” statusuna layiq görülmüşdür. Qeyd edək ki, Günay xanım peşəkarlığı, aktiv fəaliyyəti, yeni ideya və təklifləri ilə hər zaman seçilmişdir. Ölkəmizdə maliyyə və idarəetmə sahəsində peşəkar mədəniyyətin zənginləşməsi assosiasiyamızın əsas missiyası olduğuna görə rəhbərliyimiz bu missiyanı reallaşdırmaq üçün eyni hədəflər uğrunda irəlilədiyimiz qurumlarla əməkdaşlığa və onlara lazımi dəstəyin verilməsinə xüsusi diqqət ayırmaqdadır. Auditorlar Palatası ilə olan əməkdaşlığımızın kökləri də bu hədəflər üzərində qurulmuşdur və ölkə iqtisadiyyatının gücləndirilməsini daha da sürətləndirməyi hədəfləməkdədir. Günay xanım Şahbazovanın Auditorlar palatası tərəfindən “Fəxri üzv” statusuna layiq görülməsi qürurlu hadisə olmaqla yanaşı, həm də fəaliyyətimizin və çalışma əzmimizin daha da güclənməsinə təkan verəcəkdir. Biz də kollektivimiz adından Günay xanımı təbrik edir, müvəffəqiyyətlərinin davamlı olmasını diləyirik.

Şərh yaz

Your email address will not be published.