XəbərlərARPA II Milli Mühasiblər Forumunda iştirak etdi

Aprelin 28-29 da Azərbaycan  Mühasiblər və Risk Peşəkarları Assosiyasiyası  (ARPA) Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilən  II Milli Mühasiblər Forumunda təşkilatçı qismində iştirak etdi.

Forum mühasibatlıq sahəsində mövcud vəziyyət və problemlər, vergi qanunvericiliyi və mühasibat uçotu, maliyyə hesabatının beynəlxalq standartlarının tətbiqində təhsil və sertifikasiyanın rolu, kommersiya qurumlarında mühasibat uçotunun problemləri, mühasibat uçotu proqramları təminatında müasir çağırışlar və s. mövzularda təqdimatlar və çıxışlar iştirakçılarının diqqətinə çatdırılıb.

II Milli Mühasiblər Forumunda çıxış edən Vergilər nazirinin 1-ci müavini Sahir Məmmədxanov bildirib ki, milli mühasibatlığın və vergi sisteminin qarşısında duran mövcud çağırışların, respublikada maliyyə, uçot, audit işinin dünya standartlarına uyğunlaşdırılması istiqamətində atılacaq effektiv addımların belə bir Forumda müzakirəsi olduqca faydalıdır. S.Məmmədxanov vergi sistemində aparılacaq islahatlarla bağlı Forum iştirakçılarına məlumat verib. Bildirilib ki, vergi ödəyiciləri ilə münasibətdə şəffaflığın təmin olunması, vergilərini tam həcmdə və vaxtında ödəyən vergi ödəyicilərinin dəstəklənməsi, vergidən yayınma ilə mübarizənin genişləndirilməsi, vergi sistemində yeni informasiya texnologiyaları tətbiqinin davamlı olması qarşıda duran əsas məsələlərdir.

Forumda müxtəlif nominasiyalar üzrə müsabiqələr kecirildi. ARPA –nın “RİSK”jurnalı forum çərcivəsində keçirilən “ İlin ən yaxşı mühasibat uçotu jurnalı” müsabiqəsində 2 yerə layiq görülmüşdür.

Şərh yaz

Your email address will not be published.