XəbərlərARPA “Korporativ idarəetmənin aspektləri “mövzusunda seminar keçirtdi.

“Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiyasiyası” (ARPA ) və “İnternational Consulting Company”  şirkəti  ilə birgə seminar keçirtdi. Seminar çərçivəsində Express bankın və Nicoil bankın əməkdaşları ARPA –nın baş ofisində  təşkil edilən  “Korporativ idarəetmənin aspektləri , problemlər və həlli yolları “mövzusunda seminara qatılıblar. Seminarda Azərbaycan Vəkillər Kolleqiyasının üzvü Fariz  Şirinov və Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim Maarifləndirmə Mərkəzinin təlimçisi Ramin Bayramov seminar iştirakçılarına  bank sektorunda korporativ strukturunun ümumi tənzimlənməsi, nizamnamənin tərtibatında yaranan problemlər,ümumi yığıncağın iş qaydasının hüquqi tənzimlənməsi (qanun və nizamnamədəki tələblər) barədə danışıblar.

Qeyd etmək istərdik ki, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İctimai Birliyi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin  idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə təsis edilmişdir. ARPA İB-nin 1000-dən çox  fərdi, 12  korporativ üzvü vardır.

Şərh yaz

Your email address will not be published.