Oktyabrın 6-da Azərbaycan Mühasib və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Bakı Biznes Universitetinin tələbələri arasında görüş keçirilib.
Maliyyə kafedrasının rəhbəri, iqtisadi elmləri namizədi, dosent İsmayıl Həsənov dövlət və özəl qurumların nümayəndələri ilə görüşlərin keçirilməsinin innovativ ideyalara malik gənclərin gələcək karyerasında mühüm rol oynadığını bildirib.
ARPA-nın sədri Günay Şahbazova təmsil etdiyi qurum haqqında tələbələrə geniş məlumat verərək, assosiasiya tərəfindən təqdim olunan müxtəlif sertifikasiyalar,Tələbə Üzvlüyü haqqında və tələbələr üçün güzəştlərin olduğunu diqqətə çatdırıb.
Sertifikasiya üzrə mütəxəssis Solmaz Cəfərli Peşəkar Sığortaçı Sertifikasiyası(PSS) barədə ətraflı məlumat verib. PSS ölkəmizdə sığorta sahəsində Azərbaycan dilində olan ilk sertifikasiya proqram olduğunu, PSS–in tədris proqramı sığorta sahəsində dünyada tanınmış CII (The Chartered insurance Institute) sertifikasiya proqramının tədris materialları (CII-ın rəsmi razılığı ilə) əsasında hazırlanmasını vurğulayıb.
