XəbərlərARPA “Ziraat Bank Azərbaycan” ASC ilə birgə Risklərin İdarə Edilməsi sahəsində ödənişsiz təlim keçirəcək.

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assossiasiyası (ARPA) fəxri üzvü olan “Ziraat Bank Azərbaycan” ASC`nin dəstəyi ilə Risklərin İdarə Edilməsi sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün ödənişsiz təlim keçirəcək. Seminar müvafiq sahədə ümumilikdə 15 ildən çox peşəkar təcrübəyə malik olan türkiyəli təlimçi Güneş Kasapın iştirakı ilə baş tutacaqdır. Hazırda Güneş Kasap Alternativ Finans Global, RFVC İdarəetmə və Konsaltinq Xidmətləri, RiskActive Tədris və Konsaltinq Ltd. şirkətlərində ekspert olaraq fəaliyyətini davam etdirir.

Qeyd edilən seminar çərçivəsində məzənnə, faiz və əmtəədən meydana gələn risklər, likvidliyin idarə edilməsi və yaşanan çətinliklər, maliyyə risklərinin hedge edilməsi və bunun dünya təcrübəsi, maliyyə idarə etməsinin digitallaşması tendensiyası, maliyyə risklərinin müəyyənləşməsi və idarə edilməsi prosesləri və s. mövzuların müzakirəsi nəzərdə tutulur.

Səhmdarı 155 illik təcrübəyə malik və 100% Türkiyənin dövlət bankı olan “Ziraat Bank Azərbaycan” ASC, bundan sonra da ölkəmizdə maliyyə-bank sektorunun inkişafına dəstək verməyə davam edəcəkdir.

Təlimdə iştirak edəcək şəxs haqqında məlumatların (ad, soyad, email, əlaqə nömrəsi) gunay.shahbazova@arpa.org.az ünvanına göndərilərək qeydiyyatdan keçilməsi tələb olunur.

Məkan: ARPA-nın ofisi (İstiqlaliyyət küç. 31 C, Filarmoniya bağı ilə üzbəüz)

Tarix: 11 Fevral saat 10:00- 13;00           12 Fevral saat 15:00-18:00Ətraflı məlumat üçün ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlaya bilərsiniz.

Şərh yaz

Your email address will not be published.