XəbərlərASA təlim iştirakçıları üçün “Sığorta işi təcrübəsi” imtahanı keçirildi!

15 mart 2022-ci il tarixində Peşəkar Sığortaçı Sertifikasiyasının (PSS) “Sığorta işi təcrübəsi” (PSS 1.2) səviyyəsi üzrə növbəti imtahan keçirildi.

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təlim iştirakçıları üçün təşkil olunan imtahanda Meqa Sığorta şirkətinin əməkdaşları Fuad Eyvazov və Aqşin İbrahimov, Qala Sığorta şirkətinin əməkdaşı Şükür Şıxıyev və Atəşgah Sığorta şirkətinin əməkdaşı Kamran Mikayılov qeyd edilən sertifikasiya səviyyəsini uğurla keçmişdirlər.

Qeyd edək ki, PSS sertifikasiya proqramı yerli sığorta şirkətlərinin tənzimləyici orqanları tərəfindən dəstəkləndiyi üçün sığorta şirkətlərinin əməkdaşlarının qiymətləndirilməsində istifadə oluna biləcək yeganə vasitədir.