Xəbərlər

ARPA tərəfindən 14 avqust 2022-ci il tarixində Peşəkar Sığortaçı Sertifikasiyası (PSS) üzrə növbəti imtahan keçirildi. Sığorta işi təcrübəsi (PSS 1.2) imtahanında “Atəşgah Sığorta” şirkətinin əməkdaşı Əflan Əliyev (83%) və “Mega Həyat Sığorta” şirkətinin əməkdaşı Fəzilə Əliyeva (82%) qeyd edilən səviyyə üzrə imtahanı müvəffəqiyyətlə keçmişdirlər. Qeyd etmək istərdik ki, PSS imtahanının maksimum göstəricisi 100 % ,...

Dövlət İmtahan Mərkəzi tərəfindən 15 aprel 2022-ci il tarixində DİM, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA), Gənc Mühasiblər İctimai Birliyi (GMİB), Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) və Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (DVXTM), arasında Anlaşma Memorandumunun imzalanmasına həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbaycan...

    Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ödənişli formada  keçiriləcək “Banklarda Risklərin İdarəedilməsi”  təliminə qeydiyyat elan edir. Təlim iqtisadçı-ekspert Elman Sadıqov tərəfindən əyani formada keçiriləcəkdir. 20  saat müddətinə keçirilməsi planlaşdırılan təlimdə iştirakçılar öyrənəcəklər: Risk mədəniyyəti, fəlsəfi və riskyönümlü düşüncə; Risklərin idarə edilməsində buraxılan səhvlər; Risklərin növləri, kateqoriyaları və banklara xas olan əsas risklərin yumşaldılması; Risk...

  Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) “Peşəkar Mühasib Sertifikatı”na hazırlıq təlimlərinin II mərhələsinə (vergi qanunvericiliyi üzrə) qeydiyyat elan edir. Dövlət Vergi Xidməti Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin baş müəllimi – təlimçi Tural Abbasovtərəfindən tədris olunacaq təlimin əsas məqsədi mühasibləri Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək “Peşəkar Mühasib Sertifikatı” imtahanına hazırlamaqdır. Qeyd edək...

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) “Peşəkar Mühasib Sertifikatı”na hazırlıq təlimlərinin II mərhələsi (vergi qanunvericiliyi üzrə) üzrə təlimlərə start verdi. Təlim Dövlət Vergi Xidməti Tədris Mərkəzinin baş müəllimi – təlimçi Tural Abbasov tərəfindən Dövlət İmtahan Mərkəzinin (DİM) elan etdiyi Peşəkar Mühasib Sertifikatının imtahan proqramına əsasən keçirilir. Qeyd edək ki, ARPA 2009-cu ildən fəaliyyət göstərir....

DİM tərəfindən peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahan keçiriləcək İmtahan kağız daşıyıcılar vasitəsilə 2 mərhələ üzrə təşkil olunacaq: 1-ci mərhələ (mühasibat uçotu üzrə) 8 may, 2-ci mərhələ (qanunvericilik üzrə) 29 may 2022-ci il tarixində keçiriləcək. İmtahanın hər 2 mərhələsi üzrə qeydiyyat DİM-in rəsmi internet səhifəsi üzərindən 1-ci mərhələ üzrə 30 mart – 23 aprel, 2-ci mərhələ üzrə 30 mart...

15 mart 2022-ci il tarixində Peşəkar Sığortaçı Sertifikasiyasının (PSS) “Sığorta işi təcrübəsi” (PSS 1.2) səviyyəsi üzrə növbəti imtahan keçirildi. Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təlim iştirakçıları üçün təşkil olunan imtahanda Meqa Sığorta şirkətinin əməkdaşları Fuad Eyvazov və Aqşin İbrahimov, Qala Sığorta şirkətinin əməkdaşı Şükür Şıxıyev və Atəşgah Sığorta...

Ölkədə maliyyə və idarəetmə sahəsində inkişafa nail olmaq məqsədilə 2009-cu ildə Azərbaycan Risk Peşəkarları Assosiasiyası kimi təsis edilmiş və 10 ildən artıq bu sahədə peşəkar mədəniyyətin zənginləşməsinə böyük töhvələr vermiş Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) bu istiqamətdə fəaliyyət göstərən müxtəlif şirkətlərə, hüquqi və fiziki şəxslərə müvafiq olaraq korporativ və fərdi üzvlük imkanları təklif...

ARPA İdarə Heyətinin sədri Günay xanım Şahbazova və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin Direktoru Mehriban xanım İmanova arasında görüş keçirilib. Görüşdə İdarə Heyətinin sədri Assosiyasiya tərəfindən həyata keçirilən və mühasibat uçotu sahəsində çalışan peşəkarlar tərəfindən böyük maraqla qarşılanan “Peşəkar Mühasib” sertifikasiyası təlim kursları, “Peşəkar Sığortaçı Sertifikasiya” imtahanı, “Universal Bank İşçisi” və...

ARPA tərəfindən əyani formada keçirilən KOS üçün MHBS təlimləri davam edir. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək “Peşəkar Mühasib Sertifikasiya” imtahanına hazırlığı ehtiva edən “Peşəkar Mühasib” (Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları-KOS MHBS) təlimlərinin əsas məqsədi mühasibləri nəzərdə tutulan sertifikasiyası imtahanlarına hazırlamaqdır. Qeyd edək ki, ARPA tərəfindən tədris edilən təlimlər DİM...