XəbərlərAzərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası arasında Anlaşma Memorandumu imzalandı

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 4.3.6-cı maddəsinə əsasən mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi məqsədi ilə peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq edir. 

2017- ci il 13 yanvar tarixində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında Anlaşma Memorandumu imzalanmışdır.

Memorandumun əsas məqsədi Dünya Bankı və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilmiş “Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi” (CAPSAP) çərçivəsində aparılmış islahatların davamı olaraq Azərbaycan Respublikasında mühasibat uçotu sahəsində peşəkar karyeralarını qurmaq və potensiallarını tam olaraq reallaşdırmaq istəyən şəxslərin bilik səviyyələrinin və maliyyə hesabatlarının keyfiyyətinin artırılması sahəsində həyata keçirilən tədbirlərin Maliyyə Nazirliyi və ARPA tərəfindən birgə əlaqələndirilməsidir.

“Anlaşma Memorandumu”nda ARPA-nın həyata keçirdiyi tədbirlərin, habelə Mühasiblərin Peşəkar Sertifikasiya Proqramının (MPS)  Maliyyə Nazirliyi ilə razılaşdırılması və Nazirlik tərəfindən dəstəklənməsi, mühasibat uçotu sahəsində qəbul edilmiş normativ hüquqi aktların, onların tətbiqi ilə bağlı izahedici materialların, habelə bu sahədə baş vermiş yeniliklərin mətbu orqanlarda və internet səhifələrində dərc etdirilməsi də nəzərdə tutulur.

Şərh yaz

Your email address will not be published.