Xəbərlər“Biznes və maliyyə savadlılığı təlimi”

İqtisadiyyat və biznes təhsili olmayan region gəncləri üçün 2020-ci ilin iyun-iyul aylarında biznes və maliyyə üzrə savadlılığın artırılması məqsədi ilə dörd həftəlik onlayn “Biznes və maliyyə savadlılığı təlimi” keçirilmişdir. Təlimdə ARPA Mühasibat Uçotu Komitəsinin sədri Firudin Sultanov təlimçi qismində iştirak etmişdir.

Təlim Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində Peşəkar Mühasib Təşkilatı olan “Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası” (ARPA) ilə yaxın əməkdaşlıq şəraitində keçirilmişdir.

Sonda isə iştirakçılara BMqT və ARPA-nın sertifikatları təqdim olunmuşdur.

Şərh yaz

Your email address will not be published.