Xəbərlər“Biznesin inkişafı üzrə menecer”

Vəzifə öhdəlikləri:

  • Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması
  • Biznes proseslərinin təkmilləşdirilməsi
  • Yeni məhsulların yaradılması, onların təşviqi metodlarının seçilməsi
  • Təşkilatın üzvlük strateqiyasının təkminləşdirilməsi və yeni üzvlərin cəlb edilməsilə bağlı işin təşkili
  • Təşkilatın məhsulları, göstərdiyi xidmətlər haqqında potensial müştərilərə təkliflərin göndərilməsi
  • Layihələrin idarə olunması
  • Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi
  • Dövri hesabatların hazırlanması və təhlili
  • Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi

Tələb olunan keyfiyyətlər:

  • Biznesin idarə edilməsi, iqtisadiyyat, idarəetmə və ya oxşar sahə üzrə ali təhsil
  • Maliyyə və bank sahəsində ən azı 2 il təcrübə
  • Biznes ideyasının yaradılması, inkişafı və iş təhlili sahəsində ən az 2 illik təcrübə
  • İşgüzar danışıqlarda ən az 2 illik təcrübə
  • Müqavilələrin aparılmasında təcrübə
  • Layihələrin idarə edilməsi sahəsində təcrübə arzuolunandır
  • Azərbaycan və İngilis dillərini səlis bilmək
  • MS Office (Excel, Word, PowerPoint) proqramlarını yaxşı səviyyədə bilmək

Bacarıqlar:

  • Kommunikasiya və ünsiyyət bacarıqları
  • Analitik yanaşma və təhlil
  • Problem həll etmə bacarıqları
  • Təqdimat bacarıqları
  • Vaxt idarəetmə bacarıqları

Qeyd olunan tələblər cavab verən şəxslər öz CV-ni mövzu hissəsində “Biznesin inkişafı üzrə menecer” qeyd etməklə info@arpa.az elektron ünvanına göndərə bilərlər.

Şərh yaz

Your email address will not be published.