Peşəkar Mühasib Paketi

Peşəkar Mühasib üzvlüyü

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Mühasibat uçotu haqqında” qanuna edilmiş dəyişikliyə əsasən - “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları” ilə bağlı 22 may 2019-cu il tarixində № 237 saylı qərar qəbul olunmuşdur. Yeni qərara əsasən Azərbaycan Respublikasında peşəkar mühasib hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur:
· Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək sertifikasiya imtahanında iştirak edərək sertifikat əldə etmək
· Peşəkar mühasib təşkilatına üzv olmaq
· Peşəkar mühasib təşkilatına üzvlük barədə sənədi və peşəkar mühasib sertifikatını AR-nın Maliyyə Nazirliyinə təqdim etməklə reyestrdən keçmək
Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən, peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması isə AR Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Peşəkar mühasib
012345678900123456789001234567890
  • Təlimlər (ildə 3 dəfə)
  • Elektron kitabxana
  • Tədris materialları (25% endirim)
  • Seminarlar (ödənişsiz)
  • Sertifikasiya İmtahanları (25% endirim)
  • Məqalələrin yayımlanması
  • Maliyyə,iqtisadi, risk,sığorta sektoru üzrə yerli və dünya xəbərləri (elektron məlumatlandırılma)
  • Namizəd bazasından istifadə
  • Üzvlüyün yenilənməsi
  • Təlim şirkətlərində endirim
  • QR Kod, mobil tətbiq
  • Promo kod endirimləri (səyahət, ofis və dəftərxana, çap xidmətləri, iş mərkəzi,idman zalları və s.)