Xəbərlər

DİM Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanlarına test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması üçün müqavilə əsasında mütəxəssislərin cəlb olunması məqsədilə müsabiqə elan edir. Əraflı məlumat üçün qeyd olunan linkə keçid edə bilərsiz – https://dim.gov.az/news/9246/ Qeyd etmək istərdik ARPA, GMİB ,APFM və DİM arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

  Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən Peşəkar Sığortaçı Sertifikasiyasının Sığorta işi prinsipləri (PSS 1.1) üzrə növbəti imtahanı 11 sentyabr  2022-ci il tarixində, saat 11:00-da keçiriləcəkdir. İmtahanda iştirak etmək istəyən şəxslər ARPA-nın rəsmi saytında qeydiyyatdan keçərək imtahan müraciəti edə bilərlər. Qeyd edək ki, PSS sertifikasiya proqramı yerli sığorta şirkətlərinin tənzimləyici orqanları tərəfindən dəstəkləndiyi üçün...

Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlərin nəzərinə! DİM tərəfindən peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahan keçiriləcək İmtahan kağız daşıyıcılar vasitəsilə 2 mərhələ üzrə təşkil olunacaq: 1-ci mərhələ (mühasibat uçotu üzrə) 25 sentyabr, 2-ci mərhələ (qanunvericilik üzrə) 9 oktyabr 2022-ci il tarixində keçiriləcək. İmtahanın hər 2 mərhələsi üzrə qeydiyyat DİM-in rəsmi internet səhifəsi...

ARPA tərəfindən 14 avqust 2022-ci il tarixində Peşəkar Sığortaçı Sertifikasiyası (PSS) üzrə növbəti imtahan keçirildi. Sığorta işi təcrübəsi (PSS 1.2) imtahanında “Atəşgah Sığorta” şirkətinin əməkdaşı Əflan Əliyev (83%) və “Mega Həyat Sığorta” şirkətinin əməkdaşı Fəzilə Əliyeva (82%) qeyd edilən səviyyə üzrə imtahanı müvəffəqiyyətlə keçmişdirlər. Qeyd etmək istərdik ki, PSS imtahanının maksimum göstəricisi 100 % ,...

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən Peşəkar Sığortaçı Sertifikasiyasının Sığorta işi qanunvericiliyi (PSS 1.3) üzrə növbəti imtahanı 24 iyul  2022-ci il tarixində, saat 11:00-da keçiriləcəkdir. İmtahanda iştirak etmək istəyən şəxslər ARPA-nın rəsmi saytında qeydiyyatdan keçərək imtahan müraciəti edə bilərlər. Qeyd edək ki, PSS sertifikasiya proqramı yerli sığorta şirkətlərinin tənzimləyici orqanları tərəfindən dəstəkləndiyi üçün...

Ölkənin aparıcı ictimai birliklərindən olan Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) rəsmi veb saytını ( https://arpa.org.az/ ) tam yeni dizaynda təqdim edib. Yeni tərtibatda hazırlanmış sayt müştəriyönümlü olmaqla əvvəlki versiyadan bir çox üstünlükləri ilə fərqlənir. Belə ki, görülmüş işlər nəticəsində saytın yeni versiyasına bir sıra əlavələr edilib. Yenilənmə işləri çərcivəsində müasir üslüblu dizaynla yanaşı...

Dövlət İmtahan Mərkəzi tərəfindən 15 aprel 2022-ci il tarixində DİM, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA), Gənc Mühasiblər İctimai Birliyi (GMİB), Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) və Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (DVXTM), arasında Anlaşma Memorandumunun imzalanmasına həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbaycan...

    Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ödənişli formada  keçiriləcək “Banklarda Risklərin İdarəedilməsi”  təliminə qeydiyyat elan edir. Təlim iqtisadçı-ekspert Elman Sadıqov tərəfindən əyani formada keçiriləcəkdir. 20  saat müddətinə keçirilməsi planlaşdırılan təlimdə iştirakçılar öyrənəcəklər: Risk mədəniyyəti, fəlsəfi və riskyönümlü düşüncə; Risklərin idarə edilməsində buraxılan səhvlər; Risklərin növləri, kateqoriyaları və banklara xas olan əsas risklərin yumşaldılması; Risk...

  Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) “Peşəkar Mühasib Sertifikatı”na hazırlıq təlimlərinin II mərhələsinə (vergi qanunvericiliyi üzrə) qeydiyyat elan edir. Dövlət Vergi Xidməti Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin baş müəllimi – təlimçi Tural Abbasovtərəfindən tədris olunacaq təlimin əsas məqsədi mühasibləri Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək “Peşəkar Mühasib Sertifikatı” imtahanına hazırlamaqdır. Qeyd edək...

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) “Peşəkar Mühasib Sertifikatı”na hazırlıq təlimlərinin II mərhələsi (vergi qanunvericiliyi üzrə) üzrə təlimlərə start verdi. Təlim Dövlət Vergi Xidməti Tədris Mərkəzinin baş müəllimi – təlimçi Tural Abbasov tərəfindən Dövlət İmtahan Mərkəzinin (DİM) elan etdiyi Peşəkar Mühasib Sertifikatının imtahan proqramına əsasən keçirilir. Qeyd edək ki, ARPA 2009-cu ildən fəaliyyət göstərir....