XəbərlərDövlət İmtahan Mərkəzi (DİM), Peşəkar Mühasib Təşkilatları və Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında görüş keçirildi.

02.04.2021-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən Peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Gənc Mühasiblər İctimai Birliyi (GMİB) və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin əməkdaşları arasında görüş keçirilmişdir.
Görüşdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi ilə əlaqədar texniki məsələlərlə bağlı peşəkar mühasib təşkilatları tərəfindən verilən mühasibləri maraqlandıran sualları cavablandırmış və eləcə də bir sıra çətinliklərə aydınlıq gətirmişlər. Tədbirdə bu prosesin daha səmərəli və operativ keçirilməsi üçün təkliflər də irəli sürülmüşdür. Əsas təklif olaraq isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, APFM, ARPA və GMİB-nin ekspert və mütəxəssislərinin cəlb olunması ilə müvafiq İşçi Qrupunun yaradılması nəzərdə tutulur.
İşçi qrupunun yaradılmasında əsas məqsəd isə yaxın gələcəkdə PMS imtahanlarının təşkili prosesində Dövlət İmtahan Mərkəzi ilə peşəkar mühasib təşkilatları arasında daha yaxın əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsini, qarşılıqlı faydalı təcrübə mübadiləsini, mühasiblərin maarifləndirilməsini, qanunvericiliklə bağlı müvafiq qaydalarda dəyişikliklərin edilməsində məsləhətləşmələri, mövcud problemlərin və gələcəkdə yaranacaq sualların həllində koordinasiyanı və kompleks yanaşmanı təmin etməkdən ibarətdi.
İşçi qrupu tərkibində görüşlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Şərh yaz

Your email address will not be published.