HİMAYƏÇİLƏR ŞURASI

Fəaliyyəti

Himayəçilər Şurası bütün üzvlərin maraqlarını təmsil edərək ARPA-nın fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Eyni zamanda Himayəçilər Şurası Müşahidə Komitəsinin fəaliyyətinə nəzarət edir.

Himayəçilər Şurasının əsas vəzifəsi ARPA-ya öz fəaliyyətində təlimatlar və məsləhətlər vermək, habelə aşağıdakı istiqamətlərdə köməklik göstərməkdən ibarətdir:

  • ARPA-nı yeni sahələrdə fəaliyyətlər və layihələr haqqında təlimatlandırmaq;
  • Peşəkar dairələrdə ARPA-nın maraqlarını təbliğ etmək;
  • Müşahidə Komitəsinə dəstək göstərmək;
  • Peşəkar inkişaf vasitəsi ilə təşkilatın səmərəliliyini təmin etmək;
  • ARPA-ın əsas dəyərlərə və məqsədlərə sadiq qalmasını təmin etmək;
  • ARPA-nın yerli bazarda təbliğ olunmasına təkan vermək;
  • Effektiv dəyişiklik naminə yaranmış vəziyyəti dəstəkləmək;
  • Üzvlərin ARPA-nın fəaliyyətində iştirakını təmin etmək;
  • ARPA-nın ən üstün maraqlarını nəzərə almaq.