XəbərlərHR Komitənin Növbəti Görüşü

16 mart, 2018-ci il tarixində AmCham İnsan Resursları Komitəsinin növbəti iclası baş tutdu. Tədbir “European Azerbaijan School”-un binasında keçirildi.

Tədbir Leyla Novruzovanın sədrliyi ilə keçdi. Çıxış üçün ilk sözü məktəbin direktoru cənab Qari Krippin alaraq rəhbərlik etdiyi məktəbin məqsədləri və bu günədək əldə etdiyi nailiyyətləri barədə iştirakçılara qısa məlumat verdi.Daha sonra Leyla xanım tədbirə iştirakçı qismində qatılaraq komitənin işinə verdikləri töhfəyə görə “Fireworks”-dan Laura Hamidovaya, ” Baku Law Center “-dən Mətin Əsgərə, “Bank of Baku”-dan Emin Mahmudova və “Deloitte Azerbaijan”-dan Şəbnəm Əbilovaya öz təşəkkürünü bildirdi.

Tədbirə həmçinin ARPA-nın nümayəndə heyəti qatılaraq aktual mövzu ilə çıxış etmişdir. Spiker qismində çıxış edən ARPA-nın Sertifikasiya üzrə Direktoru Gülnar Hacıyeva “Mühasiblər üçün Peşəkar Serfikasiyanın Zəruriliyi” mövzusuna toxunaraq mühasiblər üçün sertifikasiyanın əhəmiyyətindən danışdı. Çıxışı zamanı ARPA haqqında, assosiasiyanın təqdim etdiyi peşəkar sertifikasiyanın üstünlükləri, üzv və beynəlxalq tərəfdaşları, il ərzində keçirilən tədbirləri və s. barədə məlumat verdi. Bundan əlavə, ARPA-nın təqdim etdiyi və rəsmi olaraq dövlət tərəfindən tanılaraq dəstəklənən MPS və PSS peşəkar sertifikasiya proqramları və tətbiq edilən şəffaf imtahan sistemi barədə ətraflı danışdı.

Fasilə zamanı “European Azerbaijan School”un binasında təşkil olunan kiçik ekskursiya zamanı iştirakçılar məktəbdə yaradılan şəraitlə yaxından tanış oldular.

Tədbirin sonunda “Happy Moments – more than the gift” adlı yeni layihə təqdim olundu. “Happy Moments” layihəsinin İcraçı Direktoru Ülviyyə Əkbər bu tipdə olan layihənin ilk startap və Azərbaycanda istənilən şəxslərə hədiyyələr alıb verə biləcək xüsusi xidmət portalı olduğunu vurğuladı. Yekunda Komitə sədri iştirak və təqdim olunan maraqlı mövzular üçün hər kəsə təşəkkür edərək konfransı yekunlaşdırdı.

Ətraflı mənbədən: amcham.az/event/

Şərh yaz

Your email address will not be published.