XəbərlərII Milli Mühasiblər Forumu

Mühasibat uçotu sahəsində müasir çağırışları nəzərə alaraq Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Auditorlar Palatası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi və Gənc Mühasiblər Birliyi birgə olaraq 28-29 aprel 2018-ci il tarixlərində AR Vergilər Nazirliyinin Şamaxı rayonundakı Tədris Mərkəzində II Milli Mühasiblər Forumunu keçirəcəklər.

Tədbirin məqsədi Azərbaycan mühasiblərinin problemlərinin öyrənilməsi, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə tədqiqatların və araşdırmaların stimullaşdırılması və beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılmasıdır. Tədbirdə mühasiblər, alimlər, ictimai xadimlər, dövlət və özəl sektorun nümayəndələri bir araya toplanaraq mövzular ətrafında müzakirələr aparacaq, innovativ təkliflər irəli sürəcəklər. Foruma mühasibat uçotu sahəsində Azərbaycanda tanınmış məşhur spikerlər dəvət olunmuşdur ki, bu da iştirakçıların peşə hazırlığının daha da artırılması ilə yanaşı mühüm biliklər əldə etmələrinə kömək edəcək.

Əvvəlki tədbirdən fərqli olaraq bu forumda məşhur spikerlərlə yanaşı mühasibat uçotu sahəsində yeni simaların üzə çıxması üçün hər kəsə məruzəçi kimi çıxış etmək imkanı yaradılmışdır. Məruzəçi iddiasında olanlar Forumun rəsmi saytı olan www.mmf.az -a daxil olub şərtlərlə tanış olmalı, tələblərə müvafiq qaydada müraciət etməlidirlər.

Həmçinin tədbirdə mühasibat uçotu sahəsində müxtəlif nominasiyalar üzrə müsabiqələrin keçirilməsi planlaşdırılır. Bura ilin mühasibat uçotu sahəsində ən yaxşı treyneri, jurnalı, məqaləsi, kitabı və proqram təminatı nominasiyaları üzrə maraqlı müsabiqələr daxildir. Qalibləri sonda pul mükafatları, qiymətli hədiyyələr və sertifakatlar gözləyir.

Forumda iştirak ödənişsizdir. İştirak üçün müraciət www.mmf.az saytı üzərindən elektron qaydada qəbul olunur.

Şərh yaz

Your email address will not be published.