Komitə Azərbaycanda sığorta sahəsində mövcud vəziyyət, ən son yeniliklər və müvafiq sahədə milli qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədar olaraq 27 fevral 2019-cu ildə təsis edilmişdir. Komitənin əsas məqsədi sığorta sahəsində ən yaxşı təcrübəyə əsaslanaraq gündəmdə duran məsələlərin müzakirəsi və sığorta sahəsinin mütəxəssisləri üçün vahid platfomanın yaradılması, yeni dəyişikliklərə keçid və adaptasiya ilə bağlı problem və perspektivlərin araşdırılması, müvafiq sahədə fəaliyyət göstərən peşəkarların təcrübə mübadiləsinə nail olmaqdır.
Komitə üzvləri barədə məlumat:
Rasim Həsənov – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Murad Mirzəyev – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Elçin Əsədzadə – Atasığorta ASC
Azər Əlizadə – “Qala Həyat Sığorta” ASC
Nərminə Əfəndiyeva – “Azsığorta” ASC
Eltun Sadıqov – "Dövlət Məşgulluq Agentliyi"
Leyla Cahangirova – “Qala Sığorta” ASC
Cəlil Hüseynov – “Paşa Həyat Sığorta” ASC
Elnarə Abdullazadə – İpəkyolu Sığorta ASC
Peşəkar risk menecerləri üçün müzakirə və təhlil platforması kimi “ARPA Risklərin İdarəolunması üzrə Ekspertlər Qrupu” (AEQ) adı altında 2015-ci ildə yaradılmışdır. Sonradan ARPA-da həyata keçirilən struktur dəyişikliklərinə uyğun olaraq, AEQ Risklərin idarə edilməsi üzrə Komitəyə çevrilmişdir.
Komitənin əsas məqsədi maliyyə bazarında müşahidə olunan və gözlənilən aktual proseslərin təhlilinin aparılması üçün ARPA-nın korporativ üzvləri tərəfindən təyin olunan yüksək ixtisaslı peşəkarların ekspert olaraq bir qrup şəklində toplanmasıdır.
Komitənin yaradılması müzakirələr, məlumat mübadiləsi, peşəkar şəbəkə qurulması, o cümlədən qoyulmuş mövzular əsasında problemləri və imkanları təhlil edərək tədqiqat boşluqlarının müəyyən edilməsi üçün nəzəri və praktiki platformanın bünövrəsini təşkil edir.
Hazırda Risklərin idarə edilməsi «Dövlət Məşğulluq Agentliyi», Əmək bazarının təhlili və inkişafı departamenti, Müdri Elman Sadıqov sədrlik edir.
Üzvlər barədə məlumat:
Elman Sadıqov – «Dövlət Məşğulluq Agentliyi», Əmək bazarının təhlili və inkişafı departamenti,
Elçin Əsədzadə – “ATA Sığorta” ASC
Ülvi Yusifov – “Bank of Baku” ASC
Fərdi Həsənov – “Bank of Baku” ASC, Daxili nəzarət və əməliyyat risklərinin idarə edilməsi departamenti
Cavid İmranov – “Azər Türk Bank” ASC, Risk menecment departamenti
Anar Əliyev – “Muğan Bank” ASC, Maliyyə departamenti
Zəkəriyyə Mustafayev – “Ziraat Bank” ASC, Risklərin İdarə Edilməsi, Daxili Nəzarət və ÇPY\TMM Departamenti
Ramin Abbasov – “Turan Bank” ASC