MÜHASİBLƏR FORUMU – 2016 Mövzu: Mühasib peşəsində şəffaflığın və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi
Böyük məmnuniyyət hissi ilə Sizi Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının təşkilatçılığı ilə 10 noyabr 2016-cı il tarixində Bakı şəhərində Holiday Inn otelində keçiriləcək “Mühasiblər Forumu – 2016”-ya dəvət edirik.
Mühasiblər Forumu bu ildən etibarən müxtəlif sektorlarda çalışan peşəkar mühasiblərin görüşdüyu, təcrübə mübadiləsi, həmkarları və işgüzar tərəfdaşları ilə sahəvi mövzuların müzakirəsi üçün platforma olacaq.
İlk Forumda müxtəlif sektorlarda çalışan mühasiblərin peşəsində şəffaflıq və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi yolları müzakirə ediləcək. Ona görə də bu sahənin peşəkarlarını (ekspertlərini), auditor və məsləhətçiləri tədbirin fəal iştirakçısına çevrilməyə dəvət edirik.
Tədbirimizdə Sizinlə görüşü səbirsizliklə gözləyirik.
ÜNSİYYƏT DİLLƏRİ: Azərbaycan, rus və ingilis
İŞTİRAKÇILARIN GÖZLƏNİLƏN SAYI: 100
İŞTİRAKI GÖZLƏNİLƏNLƏR:
NİYƏ İŞTİRAK ETMƏLİ?
Mühasib peşəsi sahəsində müasir biliklərinizi artırmaq üçün.
DÖVLƏT MÜƏSSİSƏLƏRİ VƏ ŞİRKƏTLƏR
BANKLAR VƏ MİKRO MALİYYƏLƏŞMƏ İNSTİTUTLARI
SIĞORTA
AUDİT VƏ MƏSLƏHƏTÇİ ŞİRKƏTLƏRİ
BEYNƏLXALQ MALİYYƏ İNSTİTUTLARI
DİGƏR ŞİRKƏTLƏR
MEDİA
ASSOSİASİYAYA ÜZV OLMAYANLAR ÜÇÜN: Fərdi iştirak haqqı aşağıdakılar daxil olmaqla: 80 AZN*
ASSOSİASİYAYA ÜZV OLANLAR ÜÇÜN ENDİRIMLƏR: Fərdi üzvlər üçün:
Korporativ üzvlərin əməkdaşları üçün:
Aşağıda əlavə edilmiş iştirakçı formasını yükləyərək, tam doldurmanız, imzanızla təsdiqlədikdən sonra “İştirak üçün müraciət forması” başlığı altında müraciətin skan nüsxəsini tədbirlər üzrə koordinator Leyla Əfəndiyevaya leyla.efendiyeva@arpa.az e-poçt ilə ünvanlamağınız xahiş olunur. Müraciətiniz qəbul olunan kimi əməkdaşlarımız növbəti addımlarla bağlı Sizinlə əlaqə saxlayacaq.
Endir: İştirak-Üçün-Müraciət-Forması.pdf
VACİB TARİXLƏR:
İştirakın təsdiqi – 15 oktyabr 2016-cı il Ödəniş – 31 oktyabr 2016-cı il Təxirəsalma – 01 Noyabr 2016-cı il Tədbirin tarixi – 10 Noyabr 2016-cı il
İştirakınızı təxirə salmaq üçün yuxarıda qeyd olunan tarixədək bizə yazılı şəkildə bildirməniz xahiş olunur. Qeyd olunan tarixdən sonra və yazılı şəkildə olmayan müraciətlər üzrə ödəniş məbləğləri geri qaytarılmayacaq. İştirak hüququnuzu istənilən vaxt öz həmkarınıza ötürə bilərsiniz, lakin üzvlük ötürülə bilməz. Xahiş edirik, bu cür dəyişikliklər barədə bizə ən qısa zamanda məlumat verin. Bu şəxslər qeyri-üzvlər üçün olan iştirak haqqını ödəməlidirlər.
Əlavə suallarınız yarandığı təqdirdə bu nömrə vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz: + (994) (12) 505 00 56
Holiday Inn Baku
Kövkab xanım Səfərəliyeva k.5, Bakı, Azərbaycan, AZ1010