İllik Mühasiblər Forumu – 2017

HAQQINDA

İLLİK MÜHASİBLƏR FORUMU – 2017 Mövzu: BMHS 9 – TƏTBİQİ VƏ ÇAĞIRIŞLAR

Böyük məmnuniyyət hissi ilə Sizi Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının təşkilatçılığı ilə 27 oktyabr 2017-cı il tarixində Bakı şəhərində Holiday Inn otelində keçiriləcək “İlik Mühasiblər Forumu – 2017”-yə  dəvət edirik.

Bu il keçiriləcək tədbirin mövzusu “BMHS 9 – Tətbiqi və Çağırışlar”-dır. Forumda aşağıda qeyd edilən mövzular ətrafında müxtəlif panellərin təşkili nəzərdə tutulur:

  • BMHN-larının 9-cu nəşrinin əsas məzmununun və mülahizələrinin icmalı
  • Təsnifat və maliyyə sənədləri
  • Son vaxtlarda BMHN-larının 9-cu nəşrinin tətbiqi ilə əlaqədar olaraq dünyada baş verən yeniliklərin müqayisəsi və tutuşdurulması
  • Aktivlərin təsnifatı və qiymətləndirilməsinin həyata keçirilməsi əsnasında rast gələn əsas təfsir məsələləri, habelə texniki və təcrübi məsələlərin işıqlandırılması
  • Maliyyə sənədləri ilə hesabat vermə məsələləri – təsnifat və qiymətləndirmə
  • BMHN-larının 9-cu nəşri əsasında kreditlər üzrə mümkün itkilər üçün ehtiyat fondunun yaradılması mexanizmi və müxtəlif növlərdə banklarda həmin mexanizmin əyani tətbiqinə dair mülahizələr
  • Maliyyə aktivlərinin dəyərinin azaldılması
  • BMHN-larının 9-cu nəşrinin tətbiqi əsnasında sistem və məlumatlar ilə əlaqədar olan çətinliklərin öhdəsindən gəlmə üsullarının dərin təcrübi təhlili;
  • Normaların tətbiqi əsnasında rast gələn çətinliklər
  • BMHN-larının 9-cu nəşrinin sənədlərinə kapital hesablamalarının daxil edilməsi əsnasında kredit riskinin modelləşdirilməsi sahəsində rast gələn çətinliklərin aradan qaldırılması
  • Aktivlərin dəyərinin azaldılmasının idarə olunması modelinin və maliyyə və risk idarəetməsini əlaqələndirən idarəçilik sisteminin işlənib hazırlanması
  • Perspektivlər haqqında məlumat – iqtisadi proqnozların hazırlanması

İllik Mühasiblər Forumu müxtəlif sektorlarda çalışan peşəkar mühasiblərin görüşdüyu, təcrübə mübadiləsi, həmkarları və işgüzar tərəfdaşları ilə sahəvi mövzuların müzakirəsi üçün platformadır. Forumda müxtəlif sektorlarda çalışan mühasiblərin peşəsində şəffaflıq və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi yolları müzakirə ediləcək. Ona görə də bu sahənin peşəkarlarını (ekspertlərini), auditor və məsləhətçiləri tədbirin fəal iştirakçısına çevrilməyə dəvət edirik. Forumumuza qatılaraq, firma daxilində BMHS 9 və onun praktik tətbiqi ilə bağlı ətraflı məlumat almaq imkanı əldə edəcəksiniz.

Tədbirimizdə Sizinlə görüşü səbirsizliklə gözləyirik.

ÜNSİYYƏT DİLLƏRİ: Azərbaycan, rus və ingilis

İŞTİRAKÇILARIN GÖZLƏNİLƏN SAYI: 100

İŞTİRAKI GÖZLƏNİLƏNLƏR:

  • Dövlət qurumları
  • Beynəlxalq maliyyə institutları
  • Reqional Peşəkar Mühasibatlıq Təşkilatları
  • Yerli və beynəlxalq audit və məsləhətçi şirkətlər
  • Yerli və beynəlxalq özəl şirkətlər
  • Universitetlərin nümayəndələri
  • Media nümayəndələri

NİYƏ İŞTİRAK ETMƏLİ?

  • Maliyyə sektorunda mühasibatlıq sahəsinin inkişaf istiqamətləri, həmçinin mühasib peşəsində şəffaflığın və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi barədə məlumat əldə etmək;
  • Çevrənizi genişləndirərək biznes əlaqələrinizi inkişaf etdirmək;
  • Mühasib peşəsi sahəsində müasir biliklərinizi artırmaq üçün.