İllik Mühasiblər Forumu – 2018

HAQQINDA

İLLİK MÜHASİBLƏR FORUMU – 2018
Mövzu: Mühasibat uçotu üzrə yeni standartların tədbiqi  problemlər və perspektivlər.

Böyük məmnuniyyət hissi ilə Sizi Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının təşkilatçılığı ilə 02 oktyabr 2018-ci il tarixində Bakı şəhərində Hyatt Recency otelində keçiriləcək “İlik Mühasiblər Forumu – 2018”-yə  dəvət edirik.

Bu il keçiriləcək tədbirin mövzusu “Mühasibat uçotu üzrə yeni standartların tətbiqi problemlər və perspektivlər”-dır. Forumda aşağıda qeyd edilən mövzular ətrafında müxtəlif panellərin təşkili nəzərdə tutulur:

  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklər.
  • “Mühasibat uçotu haqqında”  Qanunun iqtisadiyyatın sahələrinə təsiri.
  • Qanunun icrası qzrə nəzarət funksiyası: dünya təcrübəsi və bu təcrübənin Azərbaycanda səmərəli şəkildə tətbiqi yolları.
  • Panel müzakirələri: Əsas çağırışlar, prioritetlər və yeni standartların tətbiq olunmasında növbəti addımlar.
  • Qanunda baş verən dəyişiklərlə əlaqədar peşəkar mühasiblərin hazırlanmasında ali təhsil müəssisələrinin rolu və həyata keçiriləcək tədbirlər.
  • Dünya təcrübəsində peşəkar mühasib sertifikatının verilməsi proseduru və Azərbaycanda tətbiqi məsələləri, milli təhsil proqramları.
  • Peşəkar mühasiblərin formalaşdırılmasında peşəkar mühasib təşkilatlarının əhəmiyyəti və rolu: Qabaqcıl təcrübələr.
  • Beynəlxalq Mühasiblər Federasiyası- Günümüzə qədər olan fəaliyyət.
  • Yekun və gələcək fəaliyyət.yekun nitqlər.

İllik Mühasiblər Forumu müxtəlif sektorlarda çalışan peşəkar mühasiblərin görüşdüyu, təcrübə mübadiləsi, həmkarları və işgüzar tərəfdaşları ilə sahəvi mövzuların müzakirəsi üçün platformadır. Forumda müxtəlif sektorlarda çalışan mühasiblərin peşəsində şəffaflıq və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi yolları müzakirə ediləcək. Ona görə də bu sahənin peşəkarlarını (ekspertlərini), auditor və məsləhətçiləri tədbirin fəal iştirakçısına çevrilməyə dəvət edirik. Forumumuza qatılaraq, firma daxilində Mühasibat uçotu üzrə yeni standartların tətbiqi problemlər və perspektivlər ilə bağlı ətraflı məlumat almaq imkanı əldə edəcəksiniz.

Tədbirimizdə Sizinlə görüşü səbirsizliklə gözləyirik.

ÜNSİYYƏT DİLLƏRİ: Azərbaycan, rus və ingilis

İŞTİRAKÇILARIN GÖZLƏNİLƏN SAYI: 250

İŞTİRAKI GÖZLƏNİLƏNLƏR:

  • Dövlət qurumları
  • Beynəlxalq maliyyə institutları
  • Reqional Peşəkar Mühasibatlıq Təşkilatları
  • Yerli və beynəlxalq audit və məsləhətçi şirkətlər
  • Yerli və beynəlxalq özəl şirkətlər
  • Universitetlərin nümayəndələri
  • Media nümayəndələri

NİYƏ İŞTİRAK ETMƏLİ?

  • Maliyyə sektorunda mühasibatlıq sahəsinin inkişaf istiqamətləri, həmçinin mühasib peşəsində şəffaflığın və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi barədə məlumat əldə etmək;
  • Çevrənizi genişləndirərək biznes əlaqələrinizi inkişaf etdirmək;
  • Mühasib peşəsi sahəsində müasir biliklərinizi artırmaq üçün.
https://arpa.org.az/wp-content/uploads/2022/04/1-1.jpg