XəbərlərMühasib və Əməliyyatçı-mühasib peşə hazırlığı kurslarının müdavimləri ilə görüş.

9 oktyabr 2022-ci il tarixində Azərbaycan Mühasiblər və Rİsk Peşəkarları Assosiasiyası ilə Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı çərçivəsində yaxın günlərdə başlanması planlaşdırılan​ Mühasib və Əməliyyatçı-mühasib peşə hazırlığı kurslarının müdavimləri ilə görüş keçirilmişdir.
Görüşdə ARPA rəhbərliyi, kollektivi və təlimçi müdavimlərə təqdim edilmişdir. Peşə kursunun başlama vaxtı, tədrisin aparılacağı yer, dərs saatları, tədris materialları barədə müdavimlərə ətraflı məlumat verilmişdir. Sonda müdavimləri maraqlandıran bütün suallar cavablandırılmışdır.