XəbərlərMühasiblər Forumunun Təşkilat Komitəsinin Spikerlərlə Görüşü

17 mart 2018-ci ildə II Milli Mühasiblər Forumunun Təşkilat Komitəsinin üzvləri Forumda çıxış edəcək spikerlərlə görüş keçirmişdir. Azərbaycan Mühasiblər və Risk Peşəkarları  Assosasiyası (ARPA) –nın ofisində təşkil olunmuş görüşün açılışını Forumun təşkilat komitəsinin sədri Ruslan Atakişiyev etdi. Onun çıxışı annotasiyaların yazılması və məruzələrin hazırlanması haqqında idi. Daha sonra söz alan Forumun katibi Radil Fətullayev Forumun ilkin proqramı və bölmələri haqqında spikerlərə məlumat verdi.

Görüşdə həmçinin, Xalid Kərimli, Niyazi Abbasov, Altay Cəfərov, Mehdi Babayev kimi tanınmış peşəkarlar iştirak etmişdilər.Tədbirdə proqrama bir sıra yeni mövzular, texniki tələblər təklif olundu. Bununla yanaşı iddiaçı spikerlərlə də ayrılıqda müzakirələr aparıldı.

Şərh yaz

Your email address will not be published.