XəbərlərMühasiblərin Nəzərinə!

ARPA əyani formada keçiriləcək “Peşəkar Mühasib” kursuna qeydiyyat elan edir.

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən mühasiblər qanunda qeyd olunmuş tarixədək “Peşəkar Mühasib Sertifikasiyasından” keçməlidirlər.

Bu səbəbdən ARPA Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək “Peşəkar Mühasib Sertifikasiya” imtahanına hazırlıq məqsədi ilə MHBS üzrə Peşəkar Mühasib Sertifikasiya imtahanına hazırlıq kursları təşkil edir.

Qeyd edək ki, bəhs edilən hazırlıq kursları DİM tərəfindən elan olunan imtahan proqramına əsasən keçirilir.

Son qeydiyyat tarixi 17 avqust 2021-ci ildir.

Əlaqədar şəxs: Səadət Hüseynli(+99412)505 53 02; (+99455)202 93 43saadat.huseynli@arpa.org.az

#MHBS #PMS #təlim

Şərh yaz

Your email address will not be published.