Dünya Banklar Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) inkişaf etməkdə olan ölkələrdə əsasən özəl sektorun inkişaf etdirilməsinə istiqamətlənən ən böyük qlobal inkişaf təsisatıdır. IFC tərəfdaşlarına maliyyə, idarəetmə və siyasi problemlərə üstün gəlməkdə kömək etmək üçün maliyyə resursları, texniki ekspertiza, qlobal təcrübə və innovativ düşüncə kimi vasitələri tətbiq edir.
ARPA ilə IFC arasında əməkdaşlığın əsası 2010-cu ildə qoyulmuşdur. IFC beynəlxalq standartlara və təcrübələrə uyğun qanunvericiliyin hazırlanmasında ARPA-ya dəstək göstərmişdir. Daha sonra ARPA Azərbaycan Korporativ İdarəetmə Layihəsinə qoşulmuş və layihənin çıxış tərəfdaşı olmuşdur. ARPA və IFC birgə çoxsaylı korporativ idarəetmə qiymətləndirmələri və yoxlamaları aparmışlar. Hal-hazırda ARPA IFC tərəfindən həyata keçirilən Regional Korporativ İdarəetmə Layihəsinin üzvüdür. ARPA IFC-nin dəstəyi ilə müxtəlif tədbir və seminarlar keçirilmişdir:
- Qadınlar İdarəetmədə
- Risklərin İdarəolunması Təlimi
- Hazırlanmaqda olan Korporativ İdarəetmə Sertifikasiya Proqramı
İSTİQAMƏT: KORPORATİV İDARƏETMƏ

İSTİQAMƏT: SIĞORTA
CII sığorta, habelə maliyyə sektorunda çalışan peşəkarların akkreditasiyası ilə məşğul olan ən qabaqcıl təsisatlardandır. Dünyanın 150-dən çox ölkəsində 115 mindən artıq üzvə malik olmaqla CII sığorta və maliyyə xidmətləri sahəsində dünyanın ən böyük peşəkar qurumudur. Dünya üzrə ümumilikdə 1 milyondan çox şəxs CII sertifikasiyasına sahibdir. CII sertifikasiyasının əldə edilməsi bütün dünya üzrə qlobal standart kimi tanınır.
ARPA-nın CII ilə əməkdaşlığı 2012-ci ildən başlamışdır. ARPA İB-nin aktiv fəaliyyəti nəticəsində CII-la ARPA arasında rəsmi partnyorluq əlaqələri qurulmuşdur. ARPA CII-ın lisenziyalı regional imtahan mərkəzi kimi təsdiq edilmiş və CII-ın (Chartered İnsurance İnstitute) regional səviyyədə təlim və imtahan keçirmək səlahiyyətini almışdır. Həmin ildə ARPA CII-ya Ümumi Sığorta Mükafatı üçün yer təmin etmişdir.
ARPA həmçinin 2014-cü ildən etibarən CII-ın rəsmi razılığı ilə tədris materialları əsasında hazırlanmış və Azərbaycanda sığorta sahəsində yerli dildə ilk sertifikasiya proqramı – PSS-in hazırlanmasına başlamışdır. Bu məqsədlə CII-a məxsus olan və ingilis dilində nəşr edilmiş “Insurance: principles and practice” dərsliyini tərcümə və nəşr edilmiş və oxucuların ixtiyarına verilmişdir. PSS-in ilk modulu PSS1 üzrə imtahanın bu ilin dekabr ayında keçirilməsi nəzərdə tutulmuşdur.