Xəbərlər“Peşəkar Mühasib Sertifikasiya” təlimi

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən əyani formada keçiriləcək “Peşəkar mühasib” təlim kursuna qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək “Peşəkar Mühasib Sertifikasiyası” imtahanına hazırlığı ehtiva edən “Peşəkar Mühasib” (Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları-KOS MHBS) təlim kursunun əsas məqsədi mühasibləri nəzərdə tutulan sertifikasiyası imtahanlarına hazırlamaqdır.
Qeyd edək ki, ARPA tərəfindən tədris edilən təlim kursu DİM tərəfindən elan olunan Peşəkar Mühasib təlim kursunun imtahan proqramına əsasən keçirilir.
Əlaqədar şəxs: Səadət Hüseynli
Tel.;     (+99412)505 53 02; (+99455)202 93 43
Email: saadat.huseynli@arpa.org.az

Şərh yaz

Your email address will not be published.