XəbərlərPeşəkar Mühasib Sertifikasiyası” imtahanı ilə bağlı sual-cavab.

ARPA 6 fevral 2021-ci il tarixində “Peşəkar Mühasib Sertifikasiyası” imtahanı ilə bağlı sual-cavab mövzusunda vebinar keçirəcəkdir.
Vebinarda ARPA Mühasibat Uçotu Komitəsinin sədri Firudin Sultanov, həmçinin komitənin üzvləri Elsəvər İbadov və Abdulkərim Sadıqov təqdimatçı qismində çıxış edəcəklər. Təqdimatçılar “Peşəkar Mühasib Sertifikasiyası” ilə bağlı iştirakçılara aydın olmayan məsələlərə aydınlıq gətirəcək və ünvanlanacaq sualları cavablandıracaqlar.
Vebinar Zoom platforması üzərindən saat 15:00-da keçiriləcəkdir.
Vebinarda iştirak etmək üçün aşağıda göstərilən linkə keçid edərək qeydiyyatdan keçə bilərsiniz.

Şərh yaz

Your email address will not be published.