XəbərlərPeşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlərin nəzərinə!

Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlərin nəzərinə!
DİM tərəfindən peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahan keçiriləcək
İmtahan kağız daşıyıcılar vasitəsilə 2 mərhələ üzrə təşkil olunacaq:
1-ci mərhələ (mühasibat uçotu üzrə) 25 sentyabr, 2-ci mərhələ (qanunvericilik üzrə) 9 oktyabr 2022-ci il tarixində keçiriləcək.
İmtahanın hər 2 mərhələsi üzrə qeydiyyat DİM-in rəsmi internet səhifəsi üzərindən 1-ci mərhələ üzrə
17 avqust–15 sentyabr, 2-ci mərhələ üzrə 23 avqust–29 sentyabr tarixlərində aparılacaq.
 Hər kəsə uğurlar!