Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) “Peşəkar Mühasib Sertifikatı”na hazırlıq təlimlərinin II mərhələsinə (vergi qanunvericiliyi üzrə) qeydiyyat elan edir.
Dövlət Vergi Xidməti Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin baş müəllimi – təlimçi Tural Abbasovtərəfindən tədris olunacaq təlimin əsas məqsədi mühasibləri Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək “Peşəkar Mühasib Sertifikatı” imtahanına hazırlamaqdır.
Qeyd edək ki, təlim DİM tərəfindən elan olunan Peşəkar Mühasib Sertifikatının imtahan proqramına əsasən keçiriləcəkdir.
Qeydiyyat üçün linkə – https://cutt.ly/cAAS8a9 keçid edə bilərsiniz.
Əlaqədar şəxs: Könül Məmmədova
Tel: (+994 12) 505 53 02; (+994 55) 202 93 43
Email: konul.mammadova@arpa.org.az