Məqalə“PEŞƏKAR SIĞORTAÇI SERTİFİKASİYA” proqramı

Peşəkar Sığortaçı Sertifikasiyası (PSS) – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə ARPA tərəfindən hazırlanmış sertifikasiya proqramıdır.
 PSS-in tədris proqramı sığorta sahəsində dünyada tanınmış Böyük Britaniyanın İmtiyazlı Sığorta İnstitutunun (CII) rəsmi razılığı ilə tədris materiallarının tərcüməsi və yerli sığorta qanunvericiliyi əsasında hazırlanmışdır.
 Artıq bu sertifikasiya proqramını sığorta şirkətlərinin əməkdaşları ilə yanaşı, “Sığorta işi” ixtisasında təhsil alan tələbələr də keçməyə başlayıblar.

 Belə təşəbbüsü ilk irəli sürən isə Bakı Biznes və Kooperasiya Kollecinin Sığorta üzrə müəllimi İlahə Ümidlidir. Bu ixtisasda təhsil alan tələbələr Cİİ materiallarını əldə etməklə yanaşı, artıq PSS sertifikasiyasının bir neçə mərhələsini də uğurla başa vurublar.

Qeyd edək ki, PSS sertifikasiya proqramı yerli sığorta şirkətlərinin tənzimləyici orqanları tərəfindən dəstəkləndiyi üçün sığorta şirkətlərinin əməkdaşlarının qiymətləndirilməsində istifadə oluna biləcək yeganə vasitədir.