XəbərlərPeşəkar Sığortaçı Sertifikasiyası (PSS 1.3) üzrə növbəti imtahanı keçiriləcək.

Böyük Britaniyanın İmtiyazlı Sığorta İnstitunun (CII) tədris vəsaiti əsasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən hazırlanan və həyata keçirilən Peşəkar Sığortaçı Sertifikasiyası (PSS 1.3) üzrə növbəti imtahan 30 Avqust 2020-ci il tarixində keçiriləcəkdir.
İmtahanda iştirak etmək istəyən şəxslər ARPA-nın rəsmi saytında qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, PSS sertifikasiya proqramı yerli sığorta şirkətlərinin tənzimləyici orqanları tərəfindən dəstəkləndiyi üçün sığorta şirkətlərinin əməkdaşlarının qiymətləndirilməsində istifadə oluna biləcək yeganə vasitədir.

Şərh yaz

Your email address will not be published.