Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən Peşəkar Sığortaçı Sertifikasiyası (PSS) üzrə növbəti imtahan keçirildi.

“Sığorta işi prinsipləri” (PSS 1.1) imtahanında MURAD İSMAYILOV (75%), FƏRİDƏ HÜSEYNOVA (72%), PƏRVİZ HƏŞİMOV (72%), AYSEL İSAYEVA (70%), qeyd edilən səviyyə üzrə imtahanı müvəffəqiyyətlə keçmişdirlər.

Qeyd etmək istərdik ki, PSS imtahanının maksimum göstəricisi 100 % , keçid balı isə 70%-dir.

PSS sertifikasiya proqramı yerli sığorta şirkətlərinin tənzimləyici
orqanları tərəfindən dəstəkləndiyi üçün sığorta şirkətlərinin əməkdaşlarının qiymətləndirilməsində istifadə oluna biləcək yeganə vasitədir.

PSS imtahanlarının tarixləri və PSS proqramı haqqında daha ətraflı ARPA-nın rəsmi saytına
https://arpa.org.az/headlines/ keçid alaraq əldə edə bilərsiniz.