XəbərlərPeşəkar Sığortaçı Sertifikasiyası (PSS) üzrə sertifikat təqdim olundu.

ARPA tərəfindən Meqa Həyat Sığorta şirkətinin əməkdaşı Fəzilə Əliyevaya Peşəkar Sığortaçı Sertifikasiyası (PSS) üzrə sertifikat təqdim olundu. PSS-in “Sığorta işinin əsasları” səviyyəsi 3 mərhələni özündə ehtiva edir. Qeyd etmək istərdik ki, Fəzilə xanım PSS imtahanına 3 ay məşğul olaraq imtahanın “Sığorta İşinin Primsipləri” (72)%, “Sığorta İşi Təcrübəsi”(82%) ,”Sığorta İşi üzrə yerli qanunvericilik”(75%) bal toplayaraq qeyd edilən səviyyələr üzrə imtahanı müvəffəqiyyətlə keçmişdir.
Nəzərinizə çatdırmaq istərdik ki, PSS imtahanının maksimum göstəricisi 100 %-dir , keçid balı isə 70%-dir.
PSS Sertifikasiya proqramından peşəkar sığortaçılar, bu sahədə ixtisaslaşmış mütəxəssislər və agentlər, eləcə də sığorta sahəsinə marağı olan hər bir ali təhsilli şəxs faydalana bilər. Qeyd edək ki, ARPA tərəfindən PSS üzrə ilk imtahan 2015-ci ilin dekabrında keçirilmişdir. Bugünə qədər PSS üzrə 95 imtahan baş tutmuşdur. Ümumilikdə, cari vaxta qədər “Sığorta işinin əsasları” səviyyəsi üzrə 51 nəfər tərəfimizdən sertifikata layiq görülmüşdür.