Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən Peşəkar Sığortaçı Sertifikasiyasının Sığorta işinin prinsipləri (PSS 1.1) üzrə növbəti imtahanı keçiriləcəkdir. İmtahan 7 mart 2021-ci il tarixində, saat 11:00-da baş tutacaqdır.
İmtahanda iştirak etmək istəyən şəxslər ARPA-nın rəsmi saytında qeydiyyatdan keçə bilərlər.Qeyd edək ki, PSS sertifikasiya proqramı yerli sığorta şirkətlərinin tənzimləyici orqanları tərəfindən dəstəkləndiyi üçün sığorta şirkətlərinin əməkdaşlarının qiymətləndirilməsində istifadə oluna biləcək yeganə vasitədir.