ARPA tərəfindən 14 avqust 2022-ci il tarixində Peşəkar Sığortaçı Sertifikasiyası (PSS) üzrə növbəti imtahan keçirildi.
Sığorta işi təcrübəsi (PSS 1.2) imtahanında “Atəşgah Sığorta” şirkətinin əməkdaşı Əflan Əliyev (83%) və “Mega Həyat Sığorta” şirkətinin əməkdaşı Fəzilə Əliyeva (82%) qeyd edilən səviyyə üzrə imtahanı müvəffəqiyyətlə keçmişdirlər.
Qeyd etmək istərdik ki, PSS imtahanının maksimum göstəricisi 100 % , keçid balı isə 70%-dir.
Sertifikasiya proqramının hədəf auditoriyası – sığorta şirkətlərinin əməkdaşları,fərdi sığorta agentləri və mütəxəssisləri,karyerasını sığorta sahəsində qurmaq istəyən ali təhsilli şəxslər və sığorta sahəsinə marağı olan tələbələrdir.
Qeyd edək ki, PSS sertifikasiya proqramı yerli sığorta şirkətlərinin tənzimləyici orqanları tərəfindən dəstəkləndiyi üçün sığorta şirkətlərinin əməkdaşlarının qiymətləndirilməsində istifadə oluna biləcək yeganə vasitədir.