XəbərlərPSS və CII sertifikasiya proqramının təqdimatı

ASA-nın yerli sığorta şirkətləri üçün təşkil etdiyi tədbirdə ARPA İdarə Heyətinin sədri xanım Günay Şahbazova PSS və CII sertifikasiya proqramının əhəmiyyətindən danışdı
“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi tərəfindən yerli sığorta bazarında peşəkar kadr potensialının formalaşdırılıb inkişaf etdirilməsi məqsədi ilə tədbir keçirilib. Tədbirdə sığorta şirkətlərinin insan resursları üzrə mütəxəssisləri iştirak ediblər.
ASA-nın İcraçı direktoru Elmar Mirsalayev tədbiri giriş sözü ilə açaraq Assosiasiyanın yerli bazarda peşəkar kadr potensialının formalaşdırılmasında maraqlı olduğunu bildirib və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə yerli sığorta bazarı iştirakçılarının bu istiqamətdə dəstəyini yüksək qiymətləndirib. Bun
unla yanaşı E.Mirsalayev bu kimi layihələrin davamlı həyata keçirilməsi məqsədi ilə ASA-nın nəzdində Tədris Mərkəzinin fəaliyyət göstərdiyini və sığorta sahəsi üzrə davamlı olaraq təlim proqramlarının həyata keçiriləcəyini vurğulayıb.
Daha sonra, tədbirdə iştirak edən ARPA-nın İdarə Heyətinin Sədri Günay Şahbazova, ASA və ARPA arasında bağlanan memorandum çərçivəsində ilk olaraq ASA Tədris Mərkəzi tərəfindən PSS və CII təlimlərinin keçiriləcəyi ilə bağlı iştirakçılara məlumat verib.
ASA Tədris Mərkəzinin rəhbərləri də öz növbələrində yeni fəaliyyət istiqamətləri və təlim-tədris layihələri haqda tədbir iştirakçılarını məlumatlandırıblar.
Tədbirin sonunda sığorta şirkətlərinin insan resursları üzrə nümayəndələrinin təklif və fikirləri dinlənilib, müvafiq təkliflərin reallaşdırılması istiqamətində müzakirələr aparıldı.

Şərh yaz

Your email address will not be published.