Xəbərlər“Risklərin idarə edilməsi konfransı 2022”

“PAŞA Bank”, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası, “PwC”, “Deloitte”, “Anthesis Group”, “Crede”, “Provenir” şirkətlərinin nümayəndələri risklərin idarə edilməsi sahəsində gələcəyi qurmaq üçün bir araya gəlib.
“Risklərin idarə edilməsi konfransı 2022” tədbirində görüşən yerli və beynəlxalq spikerlər təşkilatlarımız üçün ən təhlükəli risklərin potensial təsiri, dəyişkən mühitdə kredit risklərinin öhdəsindən gəlməyin yolları və rəqəmsal risklərin biznesə inteqrasiyası kimi mühüm mövzuları müzakirə ediblər.