XəbərlərSahibkarların nəzərinə! “Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və ONLAYN idarə edilməsi” adlı layihənin onlayn təlimlərində iştirak üçün qeydiyyat başlamışdır

Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KOBİA-nın birgə dəstəyi ilə həyata keçiriləcəkdir. Layihənin əsas məqsədi Azərbaycanda xüsusi əhəmiyyət kəsb edən iqtisadi sferalarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin, xüsusilə KOS-ların dəstəklənməsi, onların fəaliyyətinin keyfiyyət və effektivliyinə nail olmaqdır. Kiçik və orta sahibkarlıq subyektlərinin iştirakının nəzərdə tutulduğu layihənin təlimi onlayn formada 4 noyabr saat 11:00-da Zoom platforması üzərindən keçiriləcəkdir. Sonda bütün sessiyalarda iştirak edən şəxslər sertifikatlarla təmin olunacaq və namizədlər arasından aktiv formada iştirak edən 2 sahibkarlıq subyekti seçilərək həmin subyektlərə ARPA tərəfindən 1 aylıq risk menecment sahəsi üzrə məsləhət xidmətləri göstəriləcəkdir.

Şərh yaz

Your email address will not be published.