Şəffaf və peşəkar imtahan sistemi

– Test sualları hazırlanarkən əsas məqsəd namizədin hədəf qoyulan müvafiq bilik və bacarıqları əldə etməsini qiymətləndirməkdir.
– Test sualları nəzəri və praktiki təcrübəsi olan xüsusi sual ekspertləri tərəfindən hazırlanır.
– Hər bir imtahan test tapşırığı üçün müvafiq test tapşırığının sual sayından 5-10 dəfə daha çox sual bankı hazırlanır. Hər bir sual bankı mütləq qaydada müxtəlif sual ekspertləri tərəfindən hazırlanır.
– Test sualları hazırlanarkən analoq beynəlxalq sertifikasiya proqramlarının tədris materiallarından və imtahan tədris proqramlardan istifadə olunur.

– İmtahan test tapşırıqları üçün suallar imtahan vaxtına çox az qalmış Elektron Test Sistemi (ETS) tərəfindən avtomatik olaraq sual bankından mütləq qaydada fərqli müəlliflərinin hazırlandığı sual tapşırıqlarından təsadufi seçim ilə generasiya olunur.
– Test tapşırıqları generasiya olunarkən, hər bir namizəd üçün eyni olmasına baxmayaraq, test suallarının sıralanması, eləcə də test sualının cavab variantlarının sıralaması hər bir imtahan iştirakçısı üçün təsadüfi yolla fərqli şəkildə yaradılır. Beləliklə, imtahan ərəfəsində köçürmə və digər xoşagəlməz halların qarşısı alınmış olur.
– İmtahan otaqları imtahan seansları kamera vasitəsilə qeydə alınır və video qeydlər arxivdə saxlanılır.

– İmtahan qeydiyyatı, keçirilməsi və ödənişi elektron qaydada və namizəd tərəfindən fərdi şəkildə həyata keçirilir.
– ETS tərəfindən imtahan nəticələri elektron şəkildə qiymətləndirilir və imtahanın sonunda namizədlərin monitorunda əks olunur.
– Bundan əlavə imtahan nəticələrini tam təfərrüatlı şəkildə əks etdirən arayış elektron qaydada namizədin e-poçtuna sistem tərəfindən avtomatik göndərilir. Bundan əlavə, keçmiş imtahan tapşırığı sualları imtahandan dərhal sonra yayımlanır.
– Fərqli imtahan mərkəzlərində keçirilən imtahanlar real vaxt rejimində vahid mərkəzdən idarə olunur.

https://arpa.org.az/wp-content/uploads/2024/01/ARPA-Logo-transp-1280x784-1.png
Bizimlə əlaqə
+994 12 505 53 02
office@arpa.org.az

Subscribe to out newsletter today to receive updates on the latest news, releases and special offers. We respect your privacy. Your information is safe.

    ©2023 Bütün hüquqlar qorunur