Xəbərlər“SIĞORTA İŞİNİN ƏSASLARI”

Azərbaycan Respublikası #Maliyyə Nazirliyinin dəstəyi ilə hazırlanan və ölkəmizdə #sığorta sahəsində yeganə ixtisaslaşmış sertifikasiya proqramı olan “Peşəkar Sığortaçı Sertifikasiyası” (PSS) Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (#ARPA) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (#ASA) birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn sertifikasiya proqramıdır. #PSS imtahanlarının ölkəmizdə keçirilməsi ARPA ilə sığorta və maliyyə xidmətləri sahəsində dünyanın ən böyük peşəkar qurumlarından biri olan İmtiyazlı Sığorta İnstitutu (The Chartered Insurance Institute – #CII) arasında əməkdaşlıq əlaqələrinin nəticəsində mümkün olmuşdur. ARPA CII-in lisenziyalı regional imtahan mərkəzidir və PSS tədris proqramını CII-ın tədris vəsaitlərini qurumun rəsmi razılığı ilə #Azərbaycan dilinə tərcümə etmiş və onların əsasında hazırlamışdır.
Sertifikasiya proqramından peşəkar sığortaçılar, bu sahədə ixtisaslaşmış mütəxəssislər və agentlər, eləcə də sığorta sahəsinə marağı olan hər bir ali təhsilli şəxs faydalana bilər. Qeyd edək ki, ARPA tərəfindən PSS üzrə ilk imtahan 2015-ci ilin dekabrında keçirilmişdir. Bugünə qədər #PSS üzrə 86 imtahan baş tutmuşdur. PSS-in “Sığorta işinin əsasları” səviyyəsi 3 mərhələni özündə ehtiva edir. Hər üç mərhələni uğurla başa vuran namizədlər sertifikatla təltif olunmuşdur. Ümumilikdə, cari vaxta qədər “Sığorta işinin əsasları” səviyyəsi üzrə 45 nəfər tərəfimizdən sertifikata layiq görülmüşdür.
Sertifikasiya imtahanlarının tarixləri və PSS proqramı haqqında daha ətraflı ARPA-nın rəsmi saytına www.arpa.org.az keçid alaraq əldə edə bilərsiniz.

Şərh yaz

Your email address will not be published.