XəbərlərSığorta mütəxəssislərinin nəzərinə!

Sığorta sahəsində ən nüfuzlu beynəlxalq sertifikat təqdim edən Böyük Britaniyanın İmtiyazlı Sığorta İnstitutunun (CII) imtahanlarına qeydiyyat başlayır! Qeydiyyat prosesi 5 – 25 avqust 2020-ci il tarixlərini əhatə edir. İmtahan tarixindən ən gec 6 həftə əvvəl qeydiyyatdan keçmək mütləqdir.
Qeyd edək ki, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası CII sertifikasiya imtahanlarının keçirilməsi üçün regional imtahan mərkəzi olaraq fəaliyyət göstərir və sığorta sahəsində CII sertifikatının alınmasına dəstək verir.
İmtahan tarixləri:
12 oktyabr 2020
CF6 AWP CF1 E05 E67 E80 E86 E91 E98 FIT GR1 IF3 IF7 I11 LP1 J12 LM2 R01 W01 W02 WM1 WCE WCA
13 oktyabr 2020
AWB E81 E90 E92 E93 E96 E98 FA1 FA5 IF1 IF5 IF6 IN7 J10 LM1 LP2 R03 R04 WUE WUA
14 oktyabr 2020
AWA AWF AWI CF8 ER1 E21 E66 E85 E94 E97
FA2 IF2 IF4 IF8 IF9 I10 LF1 LM3 LP3 R02 R05 R07 W04 IN7
Qeyd: Hər bir istiqamət üzrə minimum 10 nəfərin iştirakı qeydə alındıqda, imtahan təşkil olunacaqdır.
Əlaqələndirici şəxs: Gülnar Hüseyn
Tel: (+99412) 505 53 02; (+99455) 202 93 43
Email: gulnar.huseyn@arpa.org.az

Şərh yaz

Your email address will not be published.